resepti.local » Resept » Popkornlu tort resepti - FOTO RESEPT
Popkornlu tort resepti - FOTO RESEPT

Popkornlu tort resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: Yox

Popkornlu tort resepti - FOTO RESEPT

Duzlu çöplər, popkorn, M&M’s, marşmellou - uşaqların istənilən xörəyi uğruna rədd edəcəkləri şirniyyat və çərəzlərdir. "Ziyandır" deyib çox zaman onları bu sadaladıqlarımızdan məhrum etsək də, ildə bir dəfə, öz bayramları zamanı qarışdırıb festival kimi rəngbərəng bir tortla sevindirmək olar. Ad günləri üçün də yarayar. Sevinəcəklərinə əmin olun.

Tərkibi:

2 paket popkorn
2 st. M&M’s konfetləri
1,5 st. duzlu çöplər
450 q marşmellou
120 q kərə yağı

Hazırlanması:
Ortası deşik olan formanı kərə yağı ilə yağlayın.

Hazır popkorn yoxsa, qarğıdalını mikrodalğalı sobada hazırlayıb bərk olan dənələri atın.
Popkornlu tort resepti - FOTO RESEPT

Duzlu çöpləri xırdalayın, çox kiçik olmasın. Popkorn, duzlu çöplər və M&M’s-i qarışdırın.

Bir qazançada kərə yağını əridin, əriyən kimi marşmellounu əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

Ocaqdan götürüb popkorn, M&M’s və duzlu çöplərin qarışığının üstünə tökün, qarışdırın.

Bu qarışığı hazırladığınız formaya töküb əlinizlə basdırın (formaya tam otursun). Üzərinə folqa çəkib otaq temperaturunda 1 saat saxlayın.

Bu tortu soyuducuda 1 sutkadan artıq saxlamayın.



Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür