resepti.local » Resept » Sobada göbələkli püre resepti
Sobada göbələkli püre resepti

Sobada göbələkli püre resepti

Mətbəx: Yoxdu
Kateqoriya: quru yeməklər
Porsiya: 4-6

Sobada göbələkli püre resepti

Tərkibi
2 su stəkanı göbələk
1 ədəd quru soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
2 xörək qaşığı zeytun yağı
6 ədəd orta ölçülü qaynadılmış kartof (rəndələnmiş)
1-2 su stəkanı rəndələnilmiş təzə kaşar pendiri
2 ədəd yumurta
1 xörək qaşığı un

Hazırlanması:
Əvvəl qabıqlarını soyub kartofları qaynadın. Süzdürüb, rəndələyin ya da əziciylə tam əzilmiş hala gələnə qədər əzin. Bir tavada rəndələnilmiş quru soğanı duru yağda qovurun.Üzərinə, incə doğranmış göbələkləri əlavə edib, 4-5 dəqiqə daha qovurun.
Duzunu, qara bibərini əlavə edib ocaqdan götürün. Kartof püresinə, unu, yumurtanı və kaşar pendirini əlavə edib yaxşıca qarışdırın. İstiliyə dayanıqlı bir şüşə qaba əvvəl göbələkli içliyi yayın. Üzərini kartoflu içliyi bağlanın.
175 dərəcəyə nizamlanmış sobada 20-25 dəqiqə bişirib servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür