resepti.local » Resept » Ərik kompotu resepti
Ərik kompotu resepti

Ərik kompotu resepti

Mətbəx: Milli mətbəx
Kateqoriya: kompotlar
Porsiya: Yox

Ərik kompotu resepti

Tərkibi:
1,5 stəkan quru ərik
1 stəkan şəkər tozu
4 stəkan su

Hazırlanması:
Quru əriklər yuyulur, kompotun hazırlanmasına başlamadan ən az 2 saat əvvəl quyu bir qabda 2 stəkan su ilə isladılır. Qazana 4 stəkan su və 1 stəkan şəkər qoyulur, orta odda qaynadılır. Qaynayan şəkərli suya islatma suyu ilə birlikdə şişmiş quru əriklər əlavə olunur. Kompot az odda, quru əriklər təzə ərik böyüklüyündə gəlincəyə qədər bişirilir. Kompot bişirilən qazanda soyuduqdan sonra, soyuducunun alt rəfinə yerləşdirilir. Kompot yaxşıca soyuduqdan sonra servis edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür