resepti.local » Resept » Qat-qat çörək resepti
Qat-qat çörək resepti

Qat-qat çörək resepti

Mətbəx: Yoxdu
Kateqoriya: xəmir işləri
Porsiya: Yox

Qat-qat çörək resepti

Tərkibi:
300 q un
160 ml su
3/4 ç.q. quru maya
1 ç.q. duz
1 ç.q. şəkər tozu
3 x.q. zeytun yağı

Hazırlanması:
50 q un, 40 ml ilıq su və quru mayanı qarışdırıb barata qoyun.

Unun qalanına şəkər tozu, duz qarışdırın. Gəlmiş barata, su əlavə edib elastik xəmir yoğurun.

Xəmiri 20 dəqiqə isti yerdə saxlayın.

Dördbucaqlı yayın. Azca yağ vurun. Xəmirin kənarlarını ortaya doğru üst-üstə qatlayın. Sonra alınan bu ensiz dördbucaqlının da uzun tərəflərindən (1/3 hissə olmaqla) üst-üstə qatlayın.

Bir daha nazik yayın. Zeytun yağını çəkin. Rulet kimi bükün.

Siniyə perqament döşəyin. Ruleti üstünə qoyun. Üzərinə yenə zeytun yağı çəkin. Üstünü örtüb 25 dəqiqə saxlayın.

200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Sonra şəbəkənin üstündə soyudun.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür