resepti.local » Resept » Çiyələkli asan dondurma resepti
Çiyələkli asan dondurma resepti

Çiyələkli asan dondurma resepti

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Çiyələkli asan dondurma resepti

Tərkibi:
500 qram çiyələk
300 qram şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu

Hazırlanması:
Çiyələklərin saplarını ayırd edib, 4-5 dəfə yaxşıca yuyun.
Çini kasaya qoyub üzərinə 1 ədəd limon suyunu əlavə edin.
Şəkəri bir qazana qoyub üzərinə suyu əlavə edin və 5-10 dəqiqə qaynadın. Siropu qazdan götürüb soyudun.
Soyuq siropu çiyələklərin üzərinə töküb yaxşıca qarışdırın.
Sonra bu qarışığı tel süzgəcdən əzərək farfor bir qaba tökün.
Bu rəngli siropu buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun.
İstədiyiniz donma dərəcəsinə gəldiyində götürün.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür