resepti.local » Resept » Kəsmikli peçenya resepti
Kəsmikli peçenya resepti

Kəsmikli peçenya resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kəsmikli peçenya resepti

Tərkibi:
kəsmik – 400 g
marqarin – 200 q
Buğda unu – 480 q
şəkər – 2-3x.q.
soda – 1/2ç.q.
duz

Hazırlanması:
Marqarını rəndənin böyük gözündən keçirdin, kəsmiklə birləşdirib bir çimdik duz əlavə edin.
Alınan kəsmikli kütləyə un və soda əlavə edib xəmir yoğurun.
Xəmiri yayıb stəkanla dairəvi kəsin.
Hər dairəni şəkərə batırıb sonra ortadan ikiyə bükün (kənarlarnı birləşdirməyin, çünki bükəndə şəkər içində qalsın).
O bir üzünü bir daha şəkərə batırıb yenə də ortadan bükün (üçbücaq kimi olacaq).
Alınan peçenyaların bir üstünü bir daha şəkərə batırıb fırın sinisinə kağız yağlı sərib üzərinə düzün. Peçenyaları 180 dərəcədə 20-25 dəqiqəyə yaxın bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür