resepti.local » Resept » Ət və püre resepti
Ət və püre resepti

Ət və püre resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 2-4

Ət və püre resepti

Tərkibi:
300-400 qr ət,
2 ədəd bibər,
1 ədəd soğan,
1 ədəd pomidor,
2-3 ədəd kartof,
duz, istiot,
yağ

Hazırlanması:
Əvvəlcə əti xırda kublar formasında doğrayırıq. Qazana kərə yağı və az miqdarda duru yağ əlavə edib, ətləri tökürük. Ət suyunu saldıqdan sonra xırda doğranmış soğan və bibərləri əlavə edirik. Qarışdıraraq bir müddət birlikdə bişiririk. Pomidoru sürtgəcdən keçirib, qazana əlavə edirik. Son olaraq duz, istiot vurduqdan sonra qazanın qapağını kip bağlayıb, az odda bişiririk.
Püreni hazırlamaq üçün kartofların qabığını soyub, üzərinə su və duz əlavə edərək qaynadırırq. Bişdikdən sonra suyunu süzüb, əzərək püre halına salırıq. Yeməyi süfrəyə verən zaman ət və püreni birlikdə servis edirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür