resepti.local » Resept » Qırmızı lobya şorbası resepti
Qırmızı lobya şorbası resepti

Qırmızı lobya şorbası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qırmızı lobya şorbası resepti

Tərkibi:
2 st. quru lobya,
1 baş soğan,
1 ədəd pomidor,
1 ədəd şirin bibər,
1 ədəd acı bibər,
1 ədəd yumurta,
1 ç.q. un,
4-5 x.q. yağ,
4-5 st. su,
duz,istiot

Hazırlanması:
Şorbamızı bişirməzdən 3-4 saat əvvəl lobyanı suda saxlamaq lazımdır. Daha sonra lobyanın suyunu süzüb, qazana tökürük. Üzərinə doğranmış soğan, pomidor, şirin bibər əlavə edib, su tökürük və birlikdə bişməyə qoyuruq. Bişdikdəm sonra suyunu süzüb saxlayırıq. Bişmiş qarışımı isə üzərinə un əlavə edib, əzərək püre halına salırıq.
Hazırladığımız püreni acı bibər və yağla birlikdə yenidən qazana əlavə edib, üzərinə saxladığımız suyu tökürük və bişməyə qoyuruq. Qaynayan yeməyə yumurtanı çalıb, qarışdıra-qarışdıra tökürük.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür