resepti.local » Resept » Brokoli salatı resepti
Brokoli salatı resepti

Brokoli salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Brokoli salatı resepti

Tərkibi:
brokoli
yerkökü
qızmızı və sarı bibər
kivi ( yoxdursa qatmaya da bilərsiz,amma xüsusi bir dad verir)
cherry pomidor ( adi pomidor da qata bilərsiniz)
sarımsaq ( zövqə görə qatmaya da bilərsiz)
yaşıl nanə və şüyüt
xırda duzlu xiyar
limon suyu
zeytun yağı
duz

Hazırlanması:
Əvvəlcə brokoliləri qaynayan duzlu suya əlavə edib, 4 dəqiqə bişirin. Çox bişməsin ki, vitaminlər yox olmasın və yaşıl qalsın. 4 dəqiqədən sonra suyunu süzüb soyumasını gözləyin. Sonra daha xırda parçalara ayırın. Sarımsağı və yerkökünü sürtkəcdən keçirin. Qalan bütün inqredientləri doğrayın. Sonda limon suyu, zeytun yağı və duzunu qatıb yaxşıca qarışdırın. Salatımız hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür