resepti.local » Resept » Şkmeruli resepti
Şkmeruli resepti

Şkmeruli resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Şkmeruli resepti

Tərkibi:
1 ədəd toyuq (xırda cücə olsa daha yaxşıdır)
1 x.q. qara istiot
1/2 ç.q. paprika
zövgə görə xmeli-suneli
duz
kərə yağı

Sous üçün:
1 stakan süd
1 stakan qaymaq
5 diş sarımsaq

Hazırlanması:
Toyuğu yuyub, kəsirik. Ədviyyatlarla yaxşı sürtürük və kərə yağımda qızarmağa qoyuruq.
Bütöv edirsinizsə üsdünə ağır bir şey qoyun ki, toyuq tabaka kimi bişsin.
Toyuq qızarandan sonra tavadaki yağı süzqəcdən süzürük. Soba qabına əlavə edirik aldığımız yağı. Üsdünə süd, qaymaq və sürtkəcdən keçirilmiş sarımsaq əlavə edirik. Toyuğuda qabın içinə düzürük. Sobada 180 dərəcədə 15 dəq. bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür