resepti.local » Resept » Vetçina və bərk pendirlə zərflər təzə tərəvəz salatı ilə resepti
Vetçina və bərk pendirlə zərflər təzə tərəvəz salatı ilə resepti

Vetçina və bərk pendirlə zərflər təzə tərəvəz salatı ilə resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Vetçina və bərk pendirlə zərflər təzə tərəvəz salatı ilə resepti

Tərkibi:
vetçina,
bərk pendir,
toyuq yumurtası,
lavaş,
sous,
xiyar,
pomidor,
yaşıl bibər,
baş soğan.

Hazırlanması:
1.Tərəvəzləri yuyun – xiyar, pomidor, yaşıl bibər və baş soğanı. Soğanı nazik dilimləyin. Tərəvəzləri toxumlardan və ayaqlarından təmizləyin və 2*2 sm dördbucaq şəkilində doğrayın. Doğranmış tərəvəzləri və soğanı qaba yerləşdirin. Duz, istiot, limon suyu və bitki yağını əlavə edin. Salat hazırdır.

2.Qablaşdırmadan doğranmış vetçinanı və pendiri çıxardın. Lavaşları açın və içərisinə nazik qatla sousu yaxın. Lavaşın üzərinə iki ədəd pendir və iki ədəd vetçinanı ardıcıllıqla qoyun.Daha sonta lavaşı zərf şəkilində bükün.

3.Yumurtanı çalın və tavanı yağlayaraq orta odda isidin. Hər bir vetçinalı və pendirli zərfi yumurtaya batıraraq dərhal tavanın üzərinə yerləşdirin. Hər iki tərəfdən qızartdığdan sonra artıq yağın çəkilməsi üçün zərfləri üzərinə kağız salfeti sərilmiş boşqaba qoyun.

4.Zərfləri dərhal boşqaba düzün və tərəvəzli salat ilə birlikdə masaya təqdim edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür