Badımcan, pendirli salat resepti

Tərkibi:
Ağ Pendir - 100 qr
Badımcan - 300 qr
Duz - 0.5 ç.q
Qırmızı soğan - 1 əd.
Sarımsaq - 1 diş
Sirkə - 1 ç.q
Zeytun yağı - 60 ml
İstiot - 0.25 ç.q
Yaşıl soğan - 30 qr
Qoz
Hazırlanması:
Badımcanı doğrayın (çox nazik və ya xırda olmamaq şərti ilə) zeytun yağı, duz və istiotla qarışdırıb sobada 150 dərəcədə bişirin (20 dəqiqəyə yaxın).
Yaşıl və qırmızı soğanı xırda-xırda doğrayın. 2 ç.q zeytun yağı, 1 ç.q sirkə əlavə edin. Daha sonra pendiri də xırda doğrayın. İstiot əlavə edin. Badımcanları sobadan çıxaran kimi pendir qarışımına əlavə edin. Biraz soyuduqdan sonra qozu da əlavə edin. Zövqünüzə uyğun əlavə göyərti də vura bilərsiniz.
Nuş olsun!

Bunlara da baxın:
Şərhlər (0)