resepti.local » Resept » Toyuq nagget resepti
Toyuq nagget resepti

Toyuq nagget resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Toyuq nagget resepti

Tərkibi:
350 qr toyuq filesi,
1 armudu st. süd,
1 ədəd yumurta,
1 x.q. (dolu) nanə qurusu,
“tavuk harcı” (marketlərdə var),
duz, istiot,
duru yağ

Hazırlanması:
Dərin bir qaba süd və yumurta əlavə edib, qarışdırırıq. Üzərinə duz, istiot və nanə qurusu tökürük. Doğranmış fileni bu qarışıma əlavə edib, 15 dəqiqə gözlədirik. *Qeyd. Zövqə görə sarımsaq da əlavə edə bilərsiniz.

Fileni sousdan çıxarıb, hər iki tərəfini “tavuk harcı”-na batırırıq və duru yağda bişiririk. Bişirən zaman əvvəlcə qazanın qapağını bağlı saxlayırıq, qızarana yaxın açırıq. Bu toyuğun içərisinin daha yaxşı bişməsinə, üzərinin isə “xırt-xırt” olmağına kömək edir. İstədiyiniz qarnir və sousla süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür