resepti.local » Resept » Lobyalı steyk resepti - FOTO RESEPT
Lobyalı steyk resepti - FOTO RESEPT

Lobyalı steyk resepti - FOTO RESEPT

Mətbəx: İtalyan mətbəxi
Porsiya: 2-4

Lobyalı steyk resepti - FOTO RESEPT

Tərkibi:
160 qr mal əti
60 qr göbələk
100 qr lobya
1 ədəd soğan
70 qr ət bulyonu
3 ədəd pomidor
1 dəstə bibəriyə
10 qr bitki yağı
10 qr zeytun yağı
10 qr kərə yağı
1 ç/q duz
1 ç/q istiot

Hazırlanması:
Əti kəsir, duzlayır, istiotlayır, daha sonra üzərinə zeytun yağı və bibəriyə əlavə edirik. Yaxşı olardı ki, əti qril tavasında qızardasınız.

Lobyalı steyk resepti - FOTO RESEPT





Daha sonra bitki yağı və kərə yağında göbələkləri qızardırıq. Tavaya həmçinin, 20 qr soğan və lobyaları əlavə edirik. Üzərinə bulyonu tökdükdən sonra, 5-7 dəqiqə bişməyini gözləyirik.





Pomidoru əlavə etmədən əvvəl, 200 dərəcəli sobada 2 dəqiqə bişiririk. Boşqaba servis edirik. Beləcə, yeməyimiz hazırdır.





Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür