resepti.local » Resept » Şəkərçörək resepti
Şəkərçörək resepti

Şəkərçörək resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şəkərçörək resepti

Tərkibi:
500 qr un
200 qr ərinmiş yağ
300 qr qənd tozu
20 qr maya
1 ədəd yumurta
0.3 qr hil

Hazırlanması:
İlk öncə yumurtanın ağını ayırıb, mayanı yumurtanın ağında əridirik. Üzərinə ərinmiş yağ töküb, bir qədər qarışdırırıq. Sonra qənd tozu əlavə edib, 20-25 dəqiqə çalırıq. Un töküb, xəmir alınanadək qarışdırırıq.
Yumşalmış xəmirdən xırda-xırda yumru formada hissələr ayırıb, listə düzürük. Üzərinə yumurta sarısı çəkib, öncədən 175-180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.
*Qeyd. Şəkərçörəkləri elə bişiririk ki üzü qızarmasın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür