resepti.local » Resept » Ləzzətindən çatlamış qurabyiə resepti
Ləzzətindən çatlamış qurabyiə resepti

Ləzzətindən çatlamış qurabyiə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ləzzətindən çatlamış qurabyiə resepti

Tərkibi:
Xəmir üçün:
3.5 st. un,
1 st. əridilmiş kərə yağı,
1 ədəd yumurtanın ağı,
1.5 st. şəkər pudrası,
yarım paket vanil,
yarım paket qabartma tozu

Üzəri üçün:
yumurta sarısı,
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yağ, şəkər pudrası və vanili ağarana kimi mikserlə çalırıq. Üzərinə yumurta ağını əlavə edib, çalmağa davam edirik. Son olaraq un və qabartma tozu töküb, xəmir yoğururuq. Xəmirdən kiçik ölçülü kündələr tutub, hər birinin üzərindən əlimizlə basaraq yayırıq. Soba qabına düzüb, üzərinə yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk. Üzərinə pudra şəkəri səpərək servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür