resepti.local » Resept » Şokoladlı keks resepti
Şokoladlı keks resepti

Şokoladlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şokoladlı keks resepti

Tərkibi:
Keks üçün:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. yağ,
1 st. süd,
3 x.q. kakao,
1.5 st. un,
1 paket qabartma tozu,
1 paket vanil

İçlik üçün:
1 st. kakos,
2 ədəd yumurtanın ağı,
0.5 st. pudra şəkəri

Qlazur üçün:
süd,
şokolad yağı

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə keks üçün qeyd olunmuş digər ərzaqları əlavə edib, xəmir halını alana kimi qarışdırırıq. Qəlibi yağlayıb, xəmirin bir hissəsini tökürük.
Kakos, yumurta ağı və pudra şəkərini bir qaba töküb, yoğururuq. Əlimizlə toplar düzəldib, qəlibə tökdüyümüz xəmirin üzərindən düzürük. Xəmirin qalan hissəsini də töküb, 180 dərəcə istilikli sobada bişiririk.
Şokoladı süd vannasında əridirik. Keksin üzərinə tökürük. İstəyə bağlı olaraq xırda doğranmış qoz ləpəsi əlavə edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür