resepti.local » Resept » Çiyələkli piroq resepti
Çiyələkli piroq resepti

Çiyələkli piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çiyələkli piroq resepti

Tərkibi:
150 qr kərə yağı,
1 st. şəkər tozu,
1 ədəd yumurta,
2 x.q. qatıq,
1 ç.q. limon suyu və qabığı,
3 st. çiyələk,
un (aldığı qədər),
1 paket vanil,
0.5 ç.q. soda

Hazırlanması:
Kərə yağı, şəkər tozu və yumurtanı mikserlə çalırıq.

Qatığa limon suyu əlavə edib, içində sodanı həll edirik və yumurtalı qarışıma tökürük.

Son olaraq vanil və un əlavə edib, xəmir yoğururuq. İsti yerdə xəmiri 15 dəqiqə gözlədirik.
Xəmirdən az bir hissə ayırıb, bəzək üçün saxlayırıq. Qalanını yağlanmış qəlibin içinə yayırıq. Hər tərəfindən çəngəllə deşiklər açırıq.

Üzərinə doğranmış çiyələklər əlavə edib, zövqə görə bəzəyirik. 180 dərəcə istilikli sobada bişiririk. *Qeyd. Mütləq soyuduqdan sonra süfrəyə verin. İsti-isti dadı turş olur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür