resepti.local » Resept » Doşablı (bəhməzli) kərpic çörəyi resepti
Doşablı (bəhməzli) kərpic çörəyi resepti

Doşablı (bəhməzli) kərpic çörəyi resepti

Mətbəx: Yoxdu
Kateqoriya: xəmir işləri
Porsiya: Yox

Doşablı (bəhməzli) kərpic çörəyi resepti

Tərkibi:
5 st un
1 ç.q. maya
2 x.q. duru yağ
1 x.q. bəhməz (doşab)
0.5 ç.q. duz
2 st su (otaq temperaturunda)

Üzəri üçün:
yumurta sarısı

Hazırlanması:
İlk öncə un, duz və mayanı bir qabda qarışdırırıq. Üzərinə bəhməz, yağ və su əlavə edib, yumşaq xəmir alınanadək yoğururuq. Hazır olmuş xəmiri 1 saat gözlədirik. Çörəyi bişirəcəyimiz qaba xəmiri yerləşdirib, 20 dəq. saxlayırıq. Üzərinə yumurta sarısı çəkib, sobada 180℃-də 20 dəq. bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür