resepti.local » Resept » Souslu toyuq resepti
Souslu toyuq resepti

Souslu toyuq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Souslu toyuq resepti

Tərkibi:
1 kq toyuq filesi,
1 x.q. tamat,
2 x.q. qatıq,
3 x.q. duru yağ,
1 ç.q. kekik,
1 ç.q. pulbibər,
0.5 ç.q. istiot,
0.5 ç.q. kimyon,
1 ç.q. duz,
2 diş sarımsaq

Hazırlanması:
Əvvəlcə toyuq filesini nə çox nazik, nə də çox qalın olmayacaq formada kəsirik. Bir qabın içinə digər ərzaaqları əlavə edib, qarışdıraraq sousumuzu hazırlayırıq.

Toyuq ətlərini sous olan qaba əlavə edib, yaxşıca qarışdırırıq. 20 dəqiqə soyuducuda saxlayırıq. Tavaya 2-3 x.q. duru yağ əlavə edib, toyuq ətlərinin hər iki tərəfini qızardırıq. Yanında bibər və pomidor da qızarda bilərsiniz. Kartof və ya düyü qarniri ilə birlikdə servis edirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür