resepti.local » Resept » Kələm dolması resepti
Kələm dolması resepti

Kələm dolması resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Kələm dolması resepti

Tərkibi:
●1 ədəd orta boyda kələm
●500 qram çəkilmiş mal əti
●50 qram quyruq( olmasa da olar əgər ət yağlıdırsa, deyilsə kərı yağı ilə əvəz ede bilərsiniz.
●yumru duyu təqribən 50 qram
●göyərti (keşniş,şüyüt,reyhan)
●sogan 2 ədəd.
●duz,istiot

Hazırlanması:
Əvvəlcə bir qazanda su qoyuruq qaynamaga,kələmin baş hissəsini (bərk hissəsini ) kəsirik ,həmin isti suya qoyub biraz pörtlədirik.Əti soğanı,xırda-xırda doğranmış göyərtini,maşında cəkilmiş quyruğu və duz istiotu qatıb yaxşıca qarışdırırıq.Pörtlənmisşş kələmlərə əti qoyub büküruk və qazana düzüruk.Təqribən 1 stəkan soyuq su alib qoyuruq bişməyə.Yarı bişmiş olanda , əridilmiş kərə yagı ilə tomat pastasını( miqdarı özünüz seçin) qarışdırıb tökürük dolmanın üzerinə və yenə bişməyə qoyuruq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür