resepti.local » Resept » Gül mantısı resepti
Gül mantısı resepti

Gül mantısı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Gül mantısı resepti

Tərkibi:
Xəmir üçün:
●4 stəkan un
●2 ədəd yumurta
●1 stəkana yaxın ilıq su
●duz

İçlik üçün:
●300 q farş olunmuş ət
●1ədəd soğan
●1 ədəd kartov
●keşniş (yarım dəstə)
●duz,istiot,quru nanə

Hazırlanması:
Yuxarıdakı kompanentlərlə xəmiri yoğururuq.Gözləməyə ehtiyac yoxdur.Kündələrə ayırıb yuxa yairiq.Sonra yumru şəkildə kəsirik.Qalan proseduru əvvəlki posta video şəklində göstərmişəm.Necə gül formasına gəturmək lazımdır.. İçlik isə soğanı, kartovu sürkəcdən keçirin,göyərtini xırda doğrayın,duz istiot,nanə vurub ətə qarışdırın.
Tavaya düzdükdən sonra 1 stəkan su töküb az xodda bişirin..Hzır olandan sonra Ərinmiş kərə yağı ilə sarıkök qarışdırıb üzərinə əlavə edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür