resepti.local » Resept » Xırda vermişelli, göbələkli şorba resepti
Xırda vermişelli, göbələkli şorba resepti

Xırda vermişelli, göbələkli şorba resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Xırda vermişelli, göbələkli şorba resepti

Tərkibi:
Su – 1.2 litr
Təzə göbələk – 300 qram
Mal əti – 100 qram
Baş soğan – 1ədəd
Kök – 1 ədəd
Sarımsaq – 1 diş
Xırda vermişel – 20 qram
Pomidor – 2 ədəd
Zeytun yağı – 1x.q
Limon suyu – 1 x.q
Parmezan pendiri – 2 x.q

Hazırlanması:
Ət xırda dördkünc doğranıb suda bişirilir. Üzərinə bütöv baş soğan əlavə edilir (soğanı sonra çıxara bilərsən). Şorbaya halqavarı doğranmış göbələk, xırda dördkünc doğranmış pomidor, kök, sarımsaq əlavə olunur. Tərəvəzlər bişənə yaxın şorbaya xırda vermişel əlavə olunur, zeytun yağı və limon suyu tökülür. Hazır şorbaya rəndələnmiş parmezan pendiri səpilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür