resepti.local » Resept » Makaron salatı resepti
Makaron salatı resepti

Makaron salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Makaron salatı resepti

Tərkibi:
2 stəkan makaron
yarım paket toyuq filesi
2-3 ədəd rəngli bibər (sarı,qırmızı,yaşıl)
1 ədəd təzə xiyar
2 ədəd duzlu xiyar
2-3 diş sarımsaq
1 ədəd pomidor (içi yox)
yarim qırmızı soğan
göyərti (keşniş,şüyüd,cəfəri və s.)
mayonez
konserv yaşıl noxud
duz, istiot

Hazırlanması:
İlk öncə makaronu və toyuq filesini ayrıca az duzlu suda bişiririk. Daha sonra təzə xiyar, duzlu xiyar, rəngli bibərlər, sarımsaq, pomidor, soğan, bişmiş toyuq filesi və göyərtini xırda doğrayırıq. Bir qaba makaron və doğranmış ərzaqları töküb, üzərinə mayonez,konserv yaşıl noxud və zövqə görə duz, istiot əlavə edib qarışdırırıq.

Salatı zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür