resepti.local » Resept » Paytaxt salatı resepti
Paytaxt salatı resepti

Paytaxt salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Paytaxt salatı resepti

Tərkibi:
300 qr mal əti,
3 ədəd yumurta,
3 ədəd kartof,
2 ədəd yerkökü,
2 ədəd turşu xiyar(kiçik ölçülü),
1 ədəd təzə xiyar,
keşniş, şüyüd, göy soğan,
duz,istiot,
xama,mayonez

Hazırlanması:
İlk öncə qazana su və duz töküb, əti bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq. Daha sonra kartof, yerkökü və yumurtanı suda bişiririk, qabığını təmizləyirik. Kartofu, yerkökünü, yumurtanı və xiyarı xırda kublar formasında, göyərtini isə incə-incə doğrayırıq. Bütün ərzaqları hamısını bir qaba töküb,duz, istiot əlavə edərək qarışdırırıq. Son olaraq xama və mayonez əlavə edib, yenidən qarışdırırıq. Zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür