resepti.local » Resept » Paytaxt salatı (Stoliçniy) resepti
Paytaxt salatı (Stoliçniy) resepti

Paytaxt salatı (Stoliçniy) resepti

Mətbəx: Rus mətbəxi
Kateqoriya: salatlar
Porsiya: 2-4

Paytaxt salatı (Stoliçniy) resepti

Tərkibi:
1 balaca banka yaşıl noxud
200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca tutma xiyar
1 ədəd tər xiyar
keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması:
Suya duz töküb əti bişiririk.
Soyuyandan sonra xırda doğrayırıq.
Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik.
Kartofu xırda dördkünc doğrayırıq.
Yerkökünü xırda dörd künc doğrayırıq.
Yumurtanı xırda dörd künc doğrayırıq.
Tutma xiyarı xırda dörd künc doğrayırıq.
Tər xiyarı xırda dördkünc doğrayırıq.
Göyərtiləri xırda doğrayırıq.
Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.
Qarışığa duz və istiot səpib qarışdırırıq.
Xama ilə ya da mayonezlə qarışdırırıq.
Zövqə görə bəzəyirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür