resepti.local » Resept » Almalı darçınlı piroq resepti
Almalı darçınlı piroq resepti

Almalı darçınlı piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Almalı darçınlı piroq resepti

Tərkibi:
150 qr kərə yağı,
150 qr un,
5 x.q. xama,
1 ədəd qabartma tozu,
1 ç.q. sirkə

İçlik üçün:
500 qr xama,
1 ədəd yumurta,
1 st şəkər tozu,
2 x.q. nişasta

Üzəri üçün:
2-3 ədəd alma,
1 x.q. darçın

Hazırlanması:
Xəmiri hazırlamaq üçün əvvəlcə un və yağı qarışdıraraq umac ovuruq. Daha sonra üzərinə sikə, qabartma tozu və xama əlavə edib, qarışdırırıq. 180 dərəcədə 5-10 dəqiqə bişiririk. Tam bişmədən sobadan çıxarıb, üzərinə darçın səpirik. Üzərinə içlik üçün qeyd olunmuş bütün ərzaqları birlikdə qarışdırıb əlavə edirik. Almaları halqa formasında doğrayıb, ən üst qata düzürük. Yenidən 180 dərəcə istilikli sobada bişiririk.

Beləliklə, xoş ətrli almalı darçınlı piroqumuz süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür