resepti.local » Resept » Landoşe peçenyesi resepti
Landoşe peçenyesi resepti

Landoşe peçenyesi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Landoşe peçenyesi resepti

Tərkibi:
250 qr kərə yağı
4-5yumurta (kiçik yumurta olarsa 5 böyük olarsa 4 ədəd)
2st pudra şəkəri
3-4 st un ( əgər əl ilə şəkil verilərsə 4st un ,sıxma torbasıyla şəkil verilərsə 3 st )
1paket vanil
1-2 qr sarı qida boyası

Bəzək üçün:
Şokolad
Kokos
Istənilən meyvə cemi

Hazırlanması:
Kərə yağını krem kimi olanadək mikserlə çırpırıq ,pudra şəkərini hissə-hissə əlavə edirik ,sonra bir -bir yumurtaları əlavə edib çırpmağa davam edirik ,vanil və unu da əlavə edirik və xəmir hazırdı ,ya əlimizlə ya da sıxma torbasıyla yağlı kağız sərilmiş soba qabına yerləşirib 180'də rəngi azca dəyişənə qədər bişirib soyuduruq ( rəngi sarı qalmalıdı tündləşmədən götürmək lazımdı ) .peçenyelərin sayını cüt edirik və mümkün qədər eyni ölçüdə olmalarına diqqət edirik çünki soyuduqdan sonra aralarına cem sürüb üst-üstə yapışdırırıq,daha sonra birləşdirdiyimiz peçenyelərin bir ucunu əvvəlcə benmari üsulu ilə əritdiyimiz şokolada daha sonra kokosa batırıb setkanın üzərinə düzürük və şokolad bərkiyəndən sonra peçenyelərimiz artıq hazırdı .

Qeyd: sarı qida boyasını daha effektiv və gözəl görünməsi üçün atdım siz onsuz da bişirə bilərsiz

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür