resepti.local » Resept » Ordubad ruleti resepti
Ordubad ruleti resepti

Ordubad ruleti resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ordubad ruleti resepti

Tərkibi:
400 q un
20 q xama
125 q kərə yağı
200 q qoz
175 q şəkər tozu
35 q bal
2.5 q darçın
1 yumurta sarısı

Hazırlanması:
Kərə yağı yumşaldılır və 15 dəqiqə çalınır sonra üzərinə xama əlavə edilib yenə 2 dəqiqə çalınır. Üzərinə un, duz, maya qatılıb xəmir yoğrulur. Xəmir özünə gəlincəyə qədər iç hazırlanır. Bunun üçün qoz tavada azacıq qovrulur, sonra badam maşından keçirilir, üzərinə şəkər tozu , bal və darçın əlavə edilib qarışdırılır. Xəmir 300 qramlıq kündələrə bölünüb 5 mm qalınlığında yayılır. Üstünə 200 q iç səpilir və rulet formasında bükülür. Üzərinə yumurta sarısı çəkilib 190-200 C tempraturda 35-40 dəqiqə bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür