resepti.local » Resept » Şor qoğal resepti
Şor qoğal resepti

Şor qoğal resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Şor qoğal resepti

Tərkibi:
Xəmir üçün:
700q buğa unu
20 q maya
5 q duz
30 q ərinmiş yağ
350 q su

İçlik üçün:
1 ədəd yumurta
20 q ərinmiş yağ
0.1 q sarıkök
0.2 q istiot
1 q duz
100 q buğda unu
0.1 q razyana
0.1 q cirə

Hazırlanması:
Ələnmiş una su, maya və duz qataraq bərk xəmir yoğrulur və acımaq üçün 1-1.5 saatlığa isti (30-35 C tempraturda) yerə qoyulur.

Xəmir gəldikdə 150-200 q-lıq kündələr tutulur və 0.5 mm qalınlığında yayılır. Beləliklə 8-12 yuxa hazırlanır. Bunların hamısının bir üzü yağlanır və üst üstə yığılır. 10X15 sm irilikdə doğranır və burularaq şaquli istiqamətdə 10-12 sm diametrdə və 1.5-2 sm qalınlıqda yastılanır. Sonra papaq kimi düzəldilib içinə 25-30 q içqoyulur, xəmirin qıraqları birləşdirilib hamarlanır, yastı qoğal formasına salınır və üzərinə zəfəranla yumurta sarısı çəkilir və xaş-xaş səpirik, listlərə qoyulub 220 dərəcə qızdırılmış sobada qızaranadək bişirilir. Soyuq və isti havada çay süfrəsinə verilir.

İçlik: Yumurtanın ağı ərinmiş yağla çalınır, sonra döyülmüş razyana, sarıkök, darçın, cirə, istiot, duz və un əlavə edilərək narın dəvər iç əmələ gəlincəyə qədər ovuşdurulur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür