resepti.local » Resept » Fəsəli resepti
Fəsəli resepti

Fəsəli resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Fəsəli resepti

Tərkibi:
700 q un
50 q şəkər
20 qmaya
100 q ərinmiş yağ
5 q duz

Hazırlanması:
Qeyd: Burada ərinmiş yağ əvəzinə cızdaq da işlədilə bilər.

Ələnmiş una maya, su və duz vurulub bərk xəmir yoğrulur. Həmin xəmir qalxsın deyə 1.5-2 saat ərzində isti yerdə 30-35 C tempraturda saxlanılır. Sonra xəmir övkələnərək kündələrə bölünür və 0.5 mm qalınlığında yayılır. Xəmirin üzünə yağ sürtülüb 5-6 qat bir birinin üstünə salınır və düzbucaq formasında kəsilərək bundan dürmək burulur. Həmin dürmək vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1.5-2 sm girdə kökəcik (fəsəli) şəklinə salınır. Sonra fəsəli hər iki tərəfdən tavada yağ içində qızardılır.

Fəsəli süfrəyə verilən zaman yanına bal qoyulur, ya da üzərinə qənd pudrası səpilir. Fəsəli həm isti həm də soyuq halda süfrəyə verilə bilər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür