resepti.local » Resept » Sobada toyuq qanadları qızartması resepti
Sobada toyuq qanadları qızartması resepti

Sobada toyuq qanadları qızartması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada toyuq qanadları qızartması resepti

Tərkibi:
Toyuq qanadı 20 ədəd

Sous üçün:
Sarımsaq 8 diş
Bal 2 x.q
Xardal 2 x.q
Balzamik sirkə 2 x.q
Limon şirəsi 1 x.q
Zeytun yağı 1/4 stəkan
Duz 2 ç.q
Qara istiot 1 ç.q

Hazırlanması:
1. Toyuq qanadlarını yuyun, dırnaqlarını kəsin və hər qanadı ortadan bölün.

2. İri qabda sous üçün bütün ərzaqları tam həll olunana kimi qarışdırın və qanadları həmin sousun içinə qoyun. Qarışdırın və 2-4 saat soyuducuda saxlayın.

3. Sobanı 180 dərəcə qızdırın. Soba listinin dibinə folqa sərin və üzərinə qanadları düzün. Listin üzərini də folqa ilə bağlayıb sobada 20-25 dəq ərzində bişirin. Sobanızın qril funksiyası varsa son 5 dəq ərzində bu funksiyadan istifadə edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür