resepti.local » Resept » Qızardılmış toyuq qanadları resepti
Qızardılmış toyuq qanadları resepti

Qızardılmış toyuq qanadları resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qızardılmış toyuq qanadları resepti

Tərkibi:
2-3 kq toyuq qanadları
50-70 q soy sousu
100 q tomat şirəsi
1 x.q. tomat pastası
2 ç.q. ketçup
1 limon
2 diş sarımsaq
Duz, istiot, paprika

Hazırlanması:
Toyuq qanadlarını duzlamaq, istiotlamaq və paprika vurmaq. Üzərinə limon suyu, soy sousu, tomat şirəsi, tomat pastası və ketçupla sarımsağı əlavə edib qarışdırmaq

Toyuq qanadlarını bir sutka ərzində soyuducuda saxlamaq. (Vaxt azdırsa azı 3 saat ərzində saxlamaq olar.)

Marinə edilmiş qanadları soba listinə düzmək və 180 dərəcə hərarətdə 35 dəg. ərzində üzəri qızaranadək bişirmək lazımdır.

Hazır qanadları istənilən sousla süfrəyə vermək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür