resepti.local » Resept » Qabaqlı oladye resepti
Qabaqlı oladye resepti

Qabaqlı oladye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qabaqlı oladye resepti

Tərkibi:
Un 100 q
Yumurta 2 ədəd
Qabartma tozu 5 q
Süd 50 ml
Qabaq 300 q
Kəklikotu 1 ç.q (qurudulmuş və ya təzə)
Bitki yağı 1 x.q
Duz 1/2 ç.q
Qara istiot 1/2 ç.q

Hazırlanması:
1. Un və qabartmanı qarışdırın. Ayrı qabda yumurtaları çalın və una əlavə edib qarışdırın. Xəmirə süd əlavə edib qarışdırmağa davam edin. Xəmir xama kimi qatı olmalıdır.

2. Qabaqların qabığını soyun və rəndələyib xəmirə əlavə edin. Ədviyyatları xəmirə qatıb bir daha qarışdırın.

3. Qalın dibi olan tavada yağı qızdırın və çömçə ilə xəmiri götürüb tavaya əlavə edin. Oladyeləri hər tərəfdən 2-3 dəqiqə qızardın.

4. Hazır oladyeləri xama ilə süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür