resepti.local » Resept » Şuba salatı resepti
Şuba salatı resepti

Şuba salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Şuba salatı resepti

Tərkibi:
Çuğundur 3 ədəd (orta ölçüdə)
Kartof 4 ədəd (orta ölçüdə)
Kök 4 ədəd (orta ölçüdə)
Yumurta 4 ədəd
Duzlu xıyar 2 ədəd (orta ölçüdə)
Siyənək balığı 300 q
Qırmızı soğan 1 ədəd (Kiçik ölçüdə)
Mayonez 300 ml
Duz 1 ç.q
Cəfəri 1 dəstə

Hazırlanması:
Yumurta və tərəvəzləri bişirmək, soyutmaq və qabığını soymaq. Duzlu xıyar və soğandan başqa bütün tərəvəzləri rəndələməq və arasına mayonez çəkərək lay lay dayaz boşqaba yığmaq lazımdır. Duzlu xıyarı və soğanə incə doğrayın.

Laylar belə ardıcıllıqda olmalıdır: Kartof - siyənək balığı - soğan - kök - yumurta - duzlu xıyar - çuğundur. Bu ardıcıllıqda tərəvəzlər bitənə kimi layları üst-üstə yığın. Layları duzlamağı unutmayın.

Hazır salatın üzərini xırda doğranılmış cəfəri ilə bəzəyin. Zövqə görə cəfərini salatın laylarının arasına da səpmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür