resepti.local » Resept » İspanaqlı keks resepti
İspanaqlı keks resepti

İspanaqlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

İspanaqlı keks resepti

Tərkibi:
3 ədəd yumurta,
1.5 st şəkər tozu,
1 st ispanaq püresi,
1 st duru yağ,
2 x.q. su,
1.5 st un,
1 paket vanil,
soda

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə ispanaqları yuyub, üzərin su əlavə edirik və blenderlə püre halına gətiririk. Daha sonra yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə duru yağ və hazırladığımız ispanaq püresini töküb, mikserlə 2-3 dəqiqə qarışdırırıq. Son olaraq un, vanil və soda əlavə edib, taxta qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri saba qabına tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 30-35 dəqiqə bişiririk. Bişdikdən sonra üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür