resepti.local » Resept » Qratin Dofinua resepti
Qratin Dofinua resepti

Qratin Dofinua resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qratin Dofinua resepti

Tərkibi:
500 qr. kartof
250 ml. qaymaq
3-4 diş sarımsaq
50 qr. kərə yağı
Duz
İstiot

Hazırlanması:
1.Kartofu soyub nazik-nazik doğrayırıq.
2.Doğranmış kartofu suyun altında yaxşı yuyuruq və kağız dəsmalı ilə yaxşı qurulayırıq.
3.Soba qabını kərə yağı ilə yağlayın.
4.Yağın üstünə 1 lay kartof düzürük.
5.Kartof layına xırda kəsilmiş sarımsaq səpirik.
6.Kərə yağı düzürük.
7.Duz və istiot səpirik.
8.Bu cür lay-lay düzməyə davam edirik. Son lay kartof olmalıdır.
9.Qaymağı qaba süzürük və 15 dəqiqə gözlədirik.
10.Qabın üstünü folqa ilə bağlayırıq və əvvəlcədən 180 dərəcədə isinmiş sobada 1 saat bişiririk. Bişənə yaxın folqanı götürün ki, üstü biraz qızarsın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür