resepti.local » Resept » Acılı toyuq qanadları resepti
Acılı toyuq qanadları resepti

Acılı toyuq qanadları resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Acılı toyuq qanadları resepti

Tərkibi:
1 kq toyuq qanadı,
1 stəkan duru yağ,
2 xörək qaşığı qatıq,
3 xörək qaşığı ədviyyat qarışığı,
1 xörək qaşığı bibər püresi,
500 qr dilimlənmiş kartof,
Duz.

Hazırlanması:
Bir stəkan yağ, 2 xörək qaşığı qatıq, 3 xörək qaşığı ədviyyat qarışığını və acı bibər püresini qarışdırın. Həmin bu qarışığı toyuq qanadlarına sürtüb, soyuducuda 2-3 saat gözlədin. Vaxt tamam olduqdan sonra qanadların hər iki tərəfini də qızardın. Digər tərəfdən də yapışmayan tavada kartofları qızardın. Bəzəyib, ikisini də süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür