resepti.local » Resept » Badımcanlı kükü resepti
Badımcanlı kükü resepti

Badımcanlı kükü resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badımcanlı kükü resepti

Tərkibi:
Badımcan – 1 kq
Soğan – 2 ədəd
Qoz – 200 qr
Yumurta – 3 ədəd
Duz, istiot – zövqə görə

Hazırlanması:
Soğan və badımcanı ayrıca ətçəkən maşında çəkirik. Sularını sıxırıq, yenə ayrıca. Tavaya bitki yağı töküb qızdırırıq və soğanı, daha sonra badımcan və qozları qızardırıq.

Bütün bunları dərin bir soba qabına qoyuruq, üstünə çırpılmış yumurtanı tökürük. Hər tərəfə eyni yayırıq ki, bütün qarışım içinə çəksin.

Qabı sobaya qoyuruq, kükü qızaran kimi demək olar ki, hazırdır. Romb şəklində doğrayırıq, soyuq ya da isti halda və ya plovun yanına qarnir kimi veririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür