resepti.local » Resept » Qarabağ kətəsi resepti
Qarabağ kətəsi resepti

Qarabağ kətəsi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qarabağ kətəsi resepti

Tərkibi:
Xəmir üçün:
3 st. un,
2 ədəd yumurta,
50 qr yağ,
2 x.q. şəkər tozu,
1 çimdik duz,
1 x.q. maya,
1 paket vanil,
0.5 st. su (və ya süd)

İçlik üçün:
1 st. un,
1 st. şəkər tozu,
50 qr yağ,
1 paket vanil

Üzəri üçün:
yumurta sarısı

Hazırlanması:
İlk öncə maya, az miqdarda süd və şəkər tozunu qarışdırıb, həll olmağı üçün kənara qoyuruq. Daha sonra mayalı süd və digər ərzaqlarla birlikdə xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə gözlədirik.

Digər tərəfdə un, yağ, vanil və şəkər tozunu qarışdırıb, içlik düzəldirik.

Hazır olmuş xəmiri 3 bərabər kündəyə ayırıb, əlimizlə yayırıq. İçlik qoyub, bükürük. Üzərinə yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 150-160 dərəcə istilikli sobada 50 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür